Etiket arxivi: Moscow Third Rome

Moskva – üçüncü Roma nəzəriyyəsi

imagesSüqut etmiş Roma imperiyasının şərqində Şərqi Roma İmperiyası – Bizans yaranır. Özəyi yunanlardan ibarət bu dövlət Yaxın Şərq və Şərqi Avropa ölkələrini istila edir. Yunanlar Qərbi Avropanı öz hakimiyyəti altında qorumağa çalışan papaların dini (deməli həm də ideoloji) təsirindən çıxmaq üçün Qənstəntiniyyədə patriarx  – Roma papasına alternativ seçirlər. XI əsrdə xristian aləmi katolik və pravoslav hissələrinə bölünür.Pravoslavlar nə Roma papalarının dini, nə qərb imperatorlarının siyasi hakimiyyətini qəbul edirdilər.

Osmanlı hücumları nəticəsində Roma İmperiyasının keçmiş uzantısı Bizans süqut edir və əvəzində yunanlar da öz imperiya ənənlərini slavyanlara, daha doğrusu ruslara ötürürlər. Beləliklə də, tarixin təkrarlandığına iddia edənlər bu hadisələri öz düzgünlüyünü sübuta yetirmək üçün bir dəlil kimi görməyə başladılar. XV əsrdən başlayaraq güclü və mərkəzləşmiş dövlət yaradan rus çarları öz dövlətinin xüsusi missiyaya malik olması barədə düşüncələrinə qapılırlar. Oxumağa davam et Moskva – üçüncü Roma nəzəriyyəsi