Etiket arxivi: Orxan KAMAL – “YAD QIZI”

Orxan KAMAL – “YAD QIZI”

Müasir türk ədəbiyyatının və eyni zamanda türk ədəbi dilinin formalaşmasında əvəzsiz rol oynayan Orxan Kamal bu gün də ölkə daxilində və ölkə xaricində ən çox mütaliə edilən türk müəlliflərindən biridir.

Yad Qızı romanı, XIX – XX əsrin əvvələrində,Osmanlı dövlətinin tənəzzül etdiyi və inqilabi əhval ruhiyyənin yüksək olduğu dönəmdə ailə-məişət yaşamını təsvir edir. Əsərin baş qəhrəmanı Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına boyun əyən bir insandır.


Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işləri ilə məşğul olan Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və həyat qadını olan Jaləyə könül verir. Oxumağa davam et Orxan KAMAL – “YAD QIZI”