Etiket arxivi: Tammam Salyam Nəcib Mikati İsrail Suriya

Livan “bahar”ı

714180Ötən ay Livanın baş naziri Nəcib Mikatinin gözlənilmədən qəfil istefasından sonra Livanda yaşanan qısa müddətli siyasi böhran aprelin 9-da Prezident Mişel Süleymanın və ölkə parlamentinin yeni baş naziri təsdiq etməsi ilə qismən də olsa yatışdı. Yeni vəzifəyə gətirilən Livanın keçmiş mədəniyyət naziri Tammam Salyam dərhal yeni kabinet formalaşdırmaq üçün prezidentlə təkbətək görüş keçirdi.

Parlament səsverməsində 128 deputat arasından 80 nəfərin dəstəyini qazanan Tammam Salyam uzun illərdən bəri radikal şiə təşkilatı “Hizbullah”ın da dəstəyini qazanan ilk sünni siyasi xadimdir. Prezidentin bu təyinatına müəyyən mənada skeptual yanaşan bəzi yerli ekspertlərin əksinə, yeni baş nazir siyasi səhnənin ən təcrübəli və ambisiyalı oyunçularından biridir. Oxumağa davam et Livan “bahar”ı