Etiket arxivi: Zb.Bzejinski – Azərbaycan

Zbiqnev Bzejinski – Azərbaycan barədə

Azərbaycanda son günlər ciddi problemlərin ,yəni gənclər arasında həyəcanın olduğunu bilirik və gözümüzlə görürük. Bunu bloqumda bir yazı ilə aydınlatmışdım oxucularım üçün. Səbəb kimi də əlbəttə ki, ölkənin neft strategiyasında buraxılan səhvləri göstərmişdim. Polyak əsilli politoloq, siyasətçi,görkəmli diplomat,XX əsrin “Sonuncu Diplomat”ı  kimi tanınan Zbiqnev Bzejinski  diplomatik sahədə ideallardan biri hesab edilir. Onun ” Seçim ” və ya ” İmperializm ” əsərləri mənim çox sevdiyim əsərlərdəndir.

Lakin onun ən məşhur əsəri və diplomatların stolüstü kitabı olan ” Böyük Şahmat lövhəsi : ABŞ hegemoniyası ” əsərini mütaliə zamanı maraqlı bir hissəyə rast gəldim. Orda qeyd edilir: ABŞ üçün hər zaman 3 ölkə əsas olmuşdur: Çin,Ukrayna,Azərbaycan. Azərbaycan niyə ABŞ üçün belə əhəmiyyətlidir? Təbii Azərbaycanın mühüm strateji mərkəz olduğunu və Şərqə açılan Qapı rolu oynadığını heç kim dana bilməz . Bzejinski digər bir səbəb də gətirir. Oxumağa davam et Zbiqnev Bzejinski – Azərbaycan barədə